Küveyt təxminən 55 gündən sonra ilk dəfə olaraq hava məkanını mülki aviasiya üçün açıb. Bu barədə TASS-a Yaxın Şərq hava nəqliyyatının idarə olunması dairələrindəki mənbə bildirib.
Agentliyin mənbəsi ölkənin aviasiya orqanlarının müvafiq qərarına istinadən bildirib ki, “Küveyt hava məkanını yerli hava limanlarına gələn sərnişin reysləri üçün açıb”. Lakin o qeyd edib ki, bütün uçuşlar Küveyt Mülki Aviasiya İdarəsi tərəfindən əvvəlcədən təsdiqlənməlidir. “Heç bir uçuş belə icazə olmadan hava məkanına daxil ola bilməz”, – deyə mənbə qeyd edib. (Tass)
