Aprel 24, 2026-18:38
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.

Teleqraf verir ki, bu mərhələdə 397 nəfərdən ibarət 110 ailə doğma yurda köçürülüb.

Köçürülənlər arasında Bakı şəhərindən 84 ailə (299 nəfər), Ağcabədidən 6 ailə (25 nəfər), Bərdədən 5 ailə (20 nəfər), Mingəçevirdən 3 ailə (14 nəfər), Ağdam rayonundan 4 ailə (11 nəfər), Yevlaxdan 3 ailə (9 nəfər), Ağdaşdan 2 ailə (8 nəfər), Sumqayıtdan 1 ailə (5 nəfər), Abşerondan 1 ailə (4 nəfər) və İsmayıllıdan 1 ailə (2 nəfər) yer alıb.

Bununla da Ağdam şəhərinə ümumilikdə köçürülənlərin sayı 2 411 nəfərə çatıb.