Aprel 28, 2026-3:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Ankarada mədəniyyət festivalında Azərbaycan stendi maraq doğurub

2026:04:27 - 15:29
in MƏDƏNİYYƏT
A A

Ankara şəhərində fəaliyyət göstərən DODEA beynəlxalq məktəbində beynəlxalq mədəniyyət festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycan stendi” təşkil edib və milli mədəniyyətimizə dair nümunələr təqdim olunub.

Festivalda Türkiyə, ABŞ, Ukrayna, Qazaxıstan, Özbəkistan, Böyük Britaniya, Qırğızıstan, Hindistan və digər ölkələr iştirak edərək özünəməxsus stendlər hazırlamış, zəngin mədəniyyətlərini, adət-ənənələrini və milli mətbəxlərini ziyarətçilərə təqdim etmişlər. Tədbir çərçivəsində təşkil olunan Azərbaycan stendi isə öz rəngarəngliyi və orijinallığı ilə xüsusilə seçilərək ziyarətçilərin böyük marağına səbəb olub.

Azərbaycan Mədəniyyət Mərkəzi beynəlxalq festivalda iştirakını Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr edib, Azərbaycan guşəsində ölkəmizin qədim dövlətçilik tarixi, zəngin mədəni irsi, milli dəyərləri və incəsənəti barədə müxtəlif nəşrlər və suvenirlər nümayiş etdirilib.

Ziyarətçilərə ölkəmiz haqqında ətraflı məlumat verilib, Azərbaycanın turizm potensialı və mədəni zənginliyi geniş şəkildə təbliğ olunub. Festival iştirakçıları milli yeməklərimizə və şirniyyatlarımıza qonaq edilib.

Tədbir çərçivəsində məktəbdə təhsil alan müxtəlif ölkələrdən olan şagirdlərin iştirakı ilə rəngarəng yürüş keçirilib.

Festivalın bədii hissəsində müxtəlif ölkələrin hazırladığı konsert proqramları təqdim olunub.

Ankarada fəaliyyət göstərən “Səda” musiqi kursunun tələbələrinin milli musiqilərimiz əsasında hazırladığı mədəni proqram tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, beynəlxalq mədəniyyət festivalı xalqlar arasında mədəni mübadilənin inkişaf etdirilməsi, qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın bu kimi beynəlxalq platformalarda fəal iştirakı ölkəmizin zəngin mədəni irsinin beynəlxalq səviyyədə, gələcək nəsillər olan uşaqlarımız, gənclər arasında tanıdılmasına hədəflənib.

Əvvəlki Yazı

Beynəlxalq Xalça Festivalı günlərində Bakıda çoxsaylı sərgilər açılacaq

Növbəti Yazı

Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.