Aprel 28, 2026-5:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Rabatda keçirilən “Mədəniyyətlər Günü” adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb

2026:04:27 - 10:20
in MƏDƏNİYYƏT
A A
Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən “Rabat American School”da “Mədəniyyətlər Günü” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, 21 ölkənin nümayəndələrini bir araya gətirən tədbirə Azərbaycan ardıcıl dördüncü il öz zəngin mədəniyyətini və qonaqpərvərlik ənənələrini təqdim edib.

Ölkəmizin milli stendi bu il də ziyarətçilərin böyük marağına səbəb olub. Qonaqlar Azərbaycan tarixi, adət-ənənələri və mədəni irsi ilə yaxından tanış olublar.

Ziyarətçilərə Azərbaycan milli mətbəxinin ləziz nümunələri – dovğa, qutab, paxlava, eləcə də qonaqpərvərliyin simvoluna çevrilmiş limonlu çay təqdim olunub. Eyni zamanda, milli geyimlər böyük maraqla qarşılanıb. Bu, Azərbaycan mədəniyyətinin estetik gözəlliyini daha yaxından hiss etməyə imkan verib.

Azərbaycanın tədbirdəki iştirakının ayrılmaz hissəsi milli rəqslər olub. Qonaqlara Azərbaycan milli musiqisi ilə tanış olmaq və rəqslərin əsas hərəkətlərini sınamaq imkanı yaradılıb. Bu da müxtəlif yaş qruplarından olan iştirakçılar üçün canlı, şən və birləşdirici atmosfer formalaşdırıb.

Tədbir ümumilikdə isti və dostluq mühitində keçərək xalqlar arasında mədəni mübadilənin və qarşılıqlı hörmətin əhəmiyyətini bir daha göstərib. “Mədəniyyətlər Günü” bir daha sübut edib ki, mədəni müxtəliflik qarşılıqlı zənginləşmə, ilham və beynəlxalq dostluğun möhkəmlənməsi üçün mühüm dəyərdir.

Əvvəlki Yazı

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Növbəti Yazı

Azərbaycan Almaniyada keçirilən nüfuzlu beynəlxalq caz platformasında uğurla təmsil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.