Aprel 27, 2026-23:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Monqolustandan olan jurnalistlər Azərbaycana səfər barədə: Həyatımızdakı ən yaxşı səyahətlərdən biridir

2026:04:27 - 14:00
in SOSİAL
A A

Azərbaycanda səfərdə olmuş monqolustanlı jurnalistlər təəssüratlarını ölkənin müxtəlif media platformalarında dərc etdikləri materiallarda fəal şəkildə bölüşürlər.

“Report” xəbər verir ki, səfər çərçivəsində jurnalistlər paytaxt Bakının zəngin mədəni irsi və müasir infrastrukturu ilə yanaşı, regionların turizm potensialı ilə də tanış olublar.

“Urug” nəşrində dərc olunan materialın müəllifi oxuculara Azərbaycanın tarixi və səyahətlə bağlı təəssüratları barədə ətraflı danışıb. Onun sözlərinə görə, Bakı ilə ilk tanışlıq xüsusilə möhtəşəm olub: şəhər təkcə memarlığı ilə deyil, həm də Şərq koloriti ilə müasir həyat ritminin ahəngdar şəkildə birləşdiyi atmosferi ilə heyran edib. İçərişəhər jurnalistdə xüsusi təəssürat bağışlayıb.

“Günün ən gözəl hissəsi Köhnə şəhəri ziyarətimiz oldu. Burada sanki zaman dayanıb. Ölkənin əsas simvollarından biri, şübhəsiz ki, nardır. Onu təzə, sıxılmış halda dadmaq olar. Sarayın (Şirvanşahlar – red.) girişi qarşısında bir gənc nar şirəsi satırdı və məni pulsuz qonaq etdi. Onun dadı hələ də damağımdadır”, – o əlavə edib.

“Odlar yurdu” ilə daha yaxından tanış olmaq istəyən jurnalist marşrutunu paytaxtın hüdudlarından kənarda davam etdirib. O, qədim qayaüstü rəsmləri ilə tanınan Qobustanı, tarixi Şəkini, füsunkar Qəbələni və ölkənin cənub bölgəsi olan Lənkəranı ziyarət edib. O qeyd edir ki, bu məkanların hər biri Azərbaycanın zəngin tarixini, unikal təbiətini, qastronomik ənənələrini və yerli sakinlərin səmimi qonaqpərvərliyini əks etdirir: “Demək istəyirəm ki, siz mütləq Azərbaycana baş çəkməlisiniz. Bu, həyatınızdakı ən gözəl səyahətlərdən biri olacaq”.

“Ulaanbaatar News” nəşrinin jurnalisti isə öz növbəsində Azərbaycana səfərindən aldığı zəngin təəssüratlarını bölüşür. O vurğulayıb ki, səhər otelin pəncərəsindən açılan mənzərə ilə başlayıb: onun qarşısında qədim memarlıq binalarından ibarət şəhər panoraması açılıb. Səfər çərçivəsində o, həmçinin Bakının hüdudlarından kənara çıxaraq Şəki və Qəbələni, eləcə də “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət edib.

“Bilirsinizmi ki, Azərbaycana “Odlar Yurdu” deyirlər? Bu ad təkcə tarix və mədəniyyət deyil, həm də təbii sərvətlər və geoloji quruluş baxımından odla sıx bağlı olan bir ölkədir. Bunu təsdiq edən yerlərdən biri Yanardağdır. Adı “yanan dağ” kimi tərcümə olunan bu yerdə dağın ətəyində təbii qaz sayəsində əbədi od yanır. Bu hadisə insanı gecə vaxtı xüsusilə valeh edir. Yanardağ Azərbaycanda odun ən parlaq rəmzlərindən biri sayılır və rəvayətə görə, artıq min illərdir yanır”, – o qeyd edib.

“Graph” nəşrinin jurnalisti isə bildirib ki, hər bir kəs Azərbaycanda Qobustanı və palçıq vulkanlarını şəxsən ziyarət edərək, onları öz gözləri ilə görməli və zəngin tarixləri ilə daha yaxından tanış olmalıdır.

 

 

Əvvəlki Yazı

Göygöldə 62 yaşlı qadın dəm qazından boğularaq ölüb

Növbəti Yazı

Bakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.