ABŞ İranın üç mərhələli danışıqlar təklifini müzakirə edir. Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt keçirdiyi adi mətbuat brifinqində bildirib.
“Lakin bu təklif müzakirə olunub. Mən prezidenti və ya onun milli təhlükəsizlik komandasını qabaqlamaq istəmirəm”, – deyə o bildirib. “Deməzdim ki, onlar (ABŞ prezidenti Donald Tramp və onun müşavirləri) bunu nəzərdən keçirirlər. Sadəcə deyərdim ki, bu səhər [bu təkliflə bağlı] müzakirə olub, amma özümdən qabağa keçmək istəmirəm. Əminəm ki, prezident çox tezliklə bu məsələ ilə bağlı birbaşa danışacaq”, – deyə Leavitt qeyd edib.
