Ağ Ev ABŞ prezidenti Donald Trampın əvvəllər qeyd etdiyi Hörmüz boğazının minalardan təmizlənməsinin gedişatını aydınlaşdıra bilməyib.
Ağ Evin mətbuat katibi Kerolin Livitt ABŞ ordusunun Hörmüz boğazından neçə mina çıxardığı və bu prosesin nə qədər vaxt aparacağı ilə bağlı müntəzəm mətbuat brifinqində suala cavab olaraq bildirib: “Məndə [bu məlumatlar] yoxdur.” Ağ Evin sözçüsü əlavə edib: “Mən bunu Pentaqona ünvanlayardım. Yenə də Hörmüz boğazındakı minaların təmizlənməsi ilə bağlı hər hansı bir sualı Pentaqona ünvanlayardım.”
Amerika lideri aprelin 23-də ABŞ-ın Hörmüz boğazından mina təmizləmə işlərində “intensivliyini üçqat artıracağına” söz vermişdi. (Tass)
