Aprel 28, 2026-17:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın sülh təcrübəsi Ukraynada da yüksək qiymətləndirilir

2026:04:28 - 13:50
in SİYASƏT
A A

Azərbaycanın həyata keçirdiyi balanslı xarici siyasət kursu, beynəlxalq və regional münasibətlər sistemində qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verməsi, eyni zamanda, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi Bakının qlobal və regional prizmada dostlarının sayını artırmaqla yanaşı, ona olan inamı və etimadı gücləndirir. Son həftələrdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfəri, keçirilən yüksəksəviyyəli görüşlər və imzalanan sənədlər fonunda bunu aydın görmək mümkündür.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.

O bildirib ki, Azərbaycan və Ukrayna arasında əlaqələr dərin tarixi köklərə malikdir. Bakı ilə Kiyev dərin siyasi və iqtisadi əlaqələrə malik olub, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurulub. Təkcə qeyd etdiyimiz istiqamətlərdə deyil, eyni zamanda, beynəlxalq təşkilatlarda da Bakı ilə Kiyev prinsipial məsələlərdə bir-birinin mövqeyini dəstəkləməklə koordinasiyalı fəaliyyət göstərib.

Azərbaycanın qlobal və regional problemlərin həllində təşəbbüskarlığı, eyni zamanda, bu təşəbbüskarlığın beynəlxalq səviyyədə müsbət qarşılanması fonunda Kiyevin Bakıdan müəyyən gözləntiləri var. Kiyev üzləşdiyi münaqişənin Bakının vasitəçiliyi ilə həllinə ümid bəsləyir. Ukrayna liderinin Kiyevin Moskva ilə növbəti görüşlərinin Bakıda keçirilməsi mümkünlüyü ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın təkcə regional deyil, eyni zamanda, qlobal sülhə verdiyi töhfənin yüksək qiyməti idi. Çünki Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra qalib tərəf olmasına baxmayaraq, sülhdən yana olduğunu nümayiş etdirir, açıq şəkildə siyasi iradə ortaya qoyur. Məhz bu siyasi iradə təkcə Azərbaycan və Ermənistanı deyil, ümumilikdə Cənubi Qafqazı sülh və sabitliyə qovuşdurur. Bu amil də Ukrayna lideri tərəfindən yüksək dəyərləndirilir və Azərbaycanın sülh təcrübəsindən yararlanmağın zəruriliyi açıq şəkildə dünyaya duyurulur.

“Ukrayna liderinin Azərbaycana səfərində həmçinin siyasi, iqtisadi, mədəni-humanitar sahələr, xüsusilə enerji sektorunda əməkdaşlığın inkişaf etdirilməsi və digər istiqamətlər müzakirə predmeti olsa da, düşünürəm ki, səfərin əsas ana xəttini məhz təhlükəsizlik və müdafiə məsələləri, eləcə də Bakının sülh səylərindən yararlanmaq istəyi təşkil edirdi”,- deyə N.Məhəməliyev əlavə edib.

Əvvəlki Yazı

Kim Çen In Kursk bölgəsində Şimali Koreya əsgərlərinin qəhrəmanlığını yüksək qiymətləndirib

Növbəti Yazı

Daha güclü dostluq və qardaşlıq – Türk Dünyası Uşaq Şənliyi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.