Müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunanların sayı ümumilikdə 100 minə çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 28-də keçirilən brifinqdə deyib. O bildirib ki, bu il tarix, texnologiya, fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikasiya prosesinə cəlb olunacaqlar: “Həmçinin bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.
Doxsan min müəllimin əməkhaqqı diferensial qaydada tənzimlənəcək”.
Eşqi Bağırov qeyd edib ki, 2026-cı il üzrə sertifikatlaşdırılma prosesinin iyunun 17-19-da, 23-25-də təşkil olunması planlaşdırılır: “Məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır”.
