Hörmüz boğazından ticarət gəmiçiliyi yalnız İranın təhlükəsizliyinə təhdid yaratmadığı təqdirdə münaqişə bitdikdən sonra bərpa olunacaq. Bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Talaeinik bildirib.
” Tasnim” xəbər agentliyi onun sözlərini sitat gətirir: “Müharibə bitdikdən sonra ticarət donanmasının maneəsiz hərəkəti [Hörmüz boğazından] İranın təhlükəsizliyinə heç bir təhdid olmadığı təqdirdə həyata keçiriləcək” . (Tass)
