Rusiya ABŞ və İran arasında gələcək razılaşmanın həyata keçirilməsinin qarantı ola bilər. İranın Qahirədəki səfiri Müctəba Firdovsi Pur buna əmin olduğunu bildirib.
“Rusiya ilə birlikdə müharibəyə son qoymaq üçün bütün mümkün səyləri göstəririk və Moskva İrana qarşı təcavüzün təkrarlanmayacağına zəmanət verə bilər”, – deyə o, TASS agentliyi ilə söhbətində bildirib. Diplomat qeyd edib ki, Rusiya “İranın nüvə dosyesi ilə bağlı mübahisələrin diplomatik yolla həllində əhəmiyyətli rol oynayan ilk dəfə deyil”.
