İsrail və Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatı arasında humanitar atəşkəs cümə günü Bakı vaxtı ilə saat 09:00-da başlayacaq. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Qəzza zolağında atəşkəs sabah, cümə günü, yerli vaxtla saat 07:00-da başlayacaq” deyib. (Tass)