Amerika prezidenti Donald Tramp çərşənbə günü Rusiya prezidenti Vladimir Putinlə söhbətini “çox yaxşı” adlandırıb.
“Çox yaxşı söhbətimiz oldu”, – deyə Amerika lideri jurnalistlərlə görüşündə bildirib. “Düşünürəm ki, o, [Ukrayna böhranına] həll yolu görmək istərdi, deyə biləcəyim tək şey budur. Və bu, yaxşı haldır”, – deyə Tramp əlavə edib. (Tass)
