May 1, 2026-13:29
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Səbinə Əliyeva: Uşaqların rəqəmsal mühitdə qorunması və sağlamlığı ilə bağlı təkliflər hazırlanıb

Cari ildə Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair, uşaqlar tərəfindən energetik içkilərin, habelə kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı araşdırmalar aparılıb.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda deyib.

O bildirib ki, bu sahədə zəruri tədbirlərin görülməsi istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

“Bununla yanaşı, uşaqların rəqəmsal mühitdə qorunmasına dair sosial çarx və uşaq hüquqlarına dair maarifləndirici vəsait hazırlanaraq əhali arasında yayılması təmin edilib. Ombudsman öz fəaliyyətində aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, xarici ölkələrin insan hüquqları təsisatları, beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir. Qurumlararası əməkdaşlıq müxtəlif əhali qruplarının, o cümlədən qadın və uşaqların hüquqlarının təmini, ailə, qadın və uşaq məsələləri sahəsində mövcud vəziyyətin təkmilləşdirilməsi baxımından çox önəmlidir”, – o vurğulayıb.