Rusiya və Belarusdan olan, çənlərində 200 litrdən çox yanacaq olan nəqliyyat vasitələrinin Litvaya girişinə qoyulan qadağa 3 may tarixindən etibarən qüvvəyə minəcək. Bu barədə Baltikyanı respublikanın Gömrük Departamenti məlumat verib.
“Prezident tərəfindən imzalanan qanuna (milli sanksiyalar haqqında ) düzəlişlər 3 mayda qüvvəyə minəcək və 31 dekabr 2027-ci ilə qədər qüvvədə qalacaq”, – deyə açıqlamada bildirilir.
Gömrük Departamenti bu məhdudiyyəti tətbiq etdi. Agentlik iddia etdi ki, çənlərdə saxlanılan “artıq yanacaq” “satış üçün utilizasiya edilir”. Departament yanacaq doldurma limitini 200 litr olaraq təyin etməyi təklif edib. (Tass)
