ABŞ hökumətinin cümə axşamı Kubaya qarşı elan etdiyi yeni sanksiyalar, Kuba əhalisinə qarşı soyqırım niyyətini təsdiqləyir, Karib respublikasının xarici işlər naziri Bruno Rodrigez Parrilla bildirib.
Nazir özünün Telegram kanalında yazıb: “Bu gün (cümə axşamı ) Kubaya qarşı elan edilən əlavə kollektiv cəza tədbirləri ABŞ hökumətinin Kuba xalqına qarşı soyqırım niyyətlərini təsdiqləyir və ölkəmizə hücum bəhanələrinin yalanlığı ilə bağlı hər hansı şübhəni aradan qaldırır”. O, həmçinin vurğulayıb ki, ABŞ hakimiyyət orqanlarının hərəkətləri “vətəndaşları və biznesləri ABŞ hökuməti tərəfindən qanunsuz məcburiyyətə məruz qalan digər ölkələrin hökumətlərinə öz iradələrini tətbiq edə biləcəkləri inancına əsaslanır”. (Tass )
