İyun 21, 2025-14:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” – Qazaxda beynəlxalq elmi konfrans

2023:11:24 - 11:17
in SİYASƏT
A A

Qazax Rayon İcra Hakimiyyətinin, Ərzincan Binəli Yıldırım Universitetinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Koreyadan elm adamları, Bakı Dövlət Universitetinin Qazax filialının professor-müəllim heyəti, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar.

Konfrans iştirakçıları şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” abidə kompleksini və şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi, Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatı özündə əks etdirən Fəxri qazaxlılar parkı ilə tanış olublar.

Konfrans iştirakçıları Ədəbiyyat Muzeyinin foyesində Ulu Öndərin Qazaxa səfərlərini əks etdirən fotoşəkillərə baxış keçirib, Ümummilli Liderə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Ədəbiyyat Muzeyinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Liderin Qazax rayonuna səfərlərini əks etdirən “Dahi şəxsiyyətin Qazax salnaməsi” adlı sənədli filmi nümayiş etdirilib.

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi dosent İlhamə Qəsəbova konfransı açıq elan edib. O, Ərzincan Valisi Hamza Aydoğdu və Ərzincan Binali Yıldırım Universitetinin rektoru Akın Leventin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

Konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BDU-nun Qazax filialının direktoru dosent Arif Rüstəmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri professor Səməd Seyidov, Milli Məclisin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç və başqaları çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi əbədi həkk olunub. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirib.

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeirlərini söyləyib.

Sonda qonaqlara konfransda iştiraklarına görə plaket və sertifikat təqdim olunub. Ərzincan Binəli Yıldırım Universiteti tərəfindən konfrans iştirakçılarına hədiyyələr verilib. Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndərin 100 illiyinə həsr olunmuş esse müsabiqəsinin qaliblərinə də sertifikatlar təqdim edilib.

Sonra qonaqlar “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Qoruğun direktoru Səadət Əliyeva mağara haqqında, burada aparılan qazıntı işləri, tədqiqat nümunələri barədə ətraflı məlumat verib.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib YENİLƏNİB

Növbəti Yazı

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb YENİLƏNƏCƏK

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.