Britaniya hökumətinin üzvləri kabinet iclasında Baş nazir Keir Starmerin istefasını tələb etməyiblər. Bu barədə Əmək və Pensiyalar naziri Pet Makfadden Sky News -da bildirib.
Nazir bildirib ki, jurnalistlərdən biri kabinet iclasında Starmerə qarşı kiminsə etiraz edib-etmədiyini soruşduqda, Makfadden bunu təkzib edib. “Xeyr. Onu dəstəkləyən bir çox bəyanat var idi. O, işini davam etdirir. İctimaiyyətin gözlədiyi budur”, – deyə nazir bildirib.
