May 14, 2026-7:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bakıda Prezident İlham Əliyevin sülh strategiyasına həsr olunan dəyirmi masa keçirilib

2026:05:12 - 16:23
in SİYASƏT
A A
Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib.

“Report” xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan mediasının dünyada sülhün təbliğatçısı olmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşir:

“Yalan xəbər doğru xəbərdən altı dəfə sürətlə yayılır. Hətta yalan xəbəri təkzib etdikdə belə, bu, feyk informasiyanın yayılması qədər effekt vermir. Bizim mediamızın əsas hədəfi sülhü təbliğ etməkr, həqiqəti deməkdir. Sülh haqqında düşüncələrimizi bacardıqca peşəkar səviyyədə yaymalıyıq”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında qeyd edib ki, Azərbaycana və müttəfiqlərinə qarşı müxtəlif mərkəzlərin hələ də müəyyən məkrli planları var. Bu səbəbdən, media bütün bu proseslər fonunda ayıq-sayıq olmalıdır.

Keçmiş nazir əlavə edib ki, Vətən müharibəsindən sonra da bəzi böyük oyunçular Azərbaycana qarşı müxtəlif planlar həyata keçirməyə çalışıblar:

“Çalışırdılar ki, bir ocaq yaradaraq Azərbaycana qarşı fəaliyyətlərini davam etdirsinlər. Azərbaycanın qələbəsi böyük bir zəfərdir. Biz bu məsələdə çox həssas və diqqətli olmalıyıq. Azərbaycana və müttəfiqlərinə qarşı müxtəlif mərkəzlərin hələ də müəyyən məkrli planları var”.

Milli Məclisin deputatı Fariz İsmayılzadə isə öz növbəsində Azərbaycanın Cənubi Qafqazda etibarlı tərəfdaş olmasına toxunub.

O həmçinin Ermənistanda keçiriləcək parlament seçkilərinə toxunaraq qeyd edib ki, bu ölkənin daxilində baş tutan fikir müxtəlifliyi səbəbindən bəzi qüvvələr sülh prosesinə zərbə vurmaq istəyir.

Deputat Rizvan Nəbiyev deyib ki, Azərbaycana son zamanlar edilən yüksəksəviyyəli səfərlər ölkənin dünyada baş verən proseslər fonunda etibarlı tərəfdaş olduğundan xəbər verir.

Tarixçi-alim Rizvan Hüseynov regiondakı proseslərdən bəhs edərək bildirib ki, hazırda Fransa öz nəzərlərini Cənubi Qafqaza çevirib:

“Azərbaycan regionun lider dövlətidir. Qarabağı azad etmək necə bizim üçün prioritet idisə, Azərbaycanın Cənubi Qafqazda liderliyini qoruması da elədir. Fransanın Ermənistanı alət kimi istifadə etməsi heç bir işə yaramayacaq”.

Tədbir media nümayəndələrinin sual-cavab sessiyası ilə yekunlaşıb.

Əvvəlki Yazı

Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır

Növbəti Yazı

Azərbaycan-Türkiyə tandemi regiondankənar qüvvələrin planlarını pozur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.