May 14, 2026-11:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın yeni inkişaf mərhələsinin əsas göstəricisidir

2026:05:12 - 16:41
in SİYASƏT
A A

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin artıq yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr miqyasına, iqtisadi əhəmiyyətinə və strateji mahiyyətinə görə regionun gələcək inkişaf modelini formalaşdırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində görülən işlər dünyanın bir çox ölkələri üçün nümunə ola biləcək səviyyədədir.

“Bölgədə yolların, tunellərin, körpülərin, elektrik xətlərinin, su və kommunikasiya infrastrukturunun qurulması paralel şəkildə həyata keçirilir. Bununla yanaşı, beynəlxalq hava limanlarının istifadəyə verilməsi Qarabağın və Şərqi Zəngəzurun regional nəqliyyat-logistika imkanlarını daha da artırır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr yalnız dağıdılmış infrastrukturun bərpasına hesablanmayıb. Əsas məqsəd bölgədə müasir standartlara cavab verən yeni yaşayış və iqtisadi məkan formalaşdırmaqdır. Bu baxımdan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Müasir texnologiyalara əsaslanan idarəetmə sistemi, yaşıl enerji layihələri və ekoloji yanaşmalar bölgənin gələcək inkişaf strategiyasının əsas elementlərindən biridir”, – deyə deputat vurğulayıb.

A.Hüseynov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Böyük Qayıdış Proqramının uğurla icrasını təmin edir: “Artıq bir sıra yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb və insanlar uzun illərdən sonra doğma torpaqlarında yenidən məskunlaşırlar. Bu proses yalnız sosial deyil, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyır. Çünki dövlət tərəfindən yaradılan müasir yaşayış şəraiti insanların təhlükəsiz və dayanıqlı şəkildə öz yurdlarına qayıtmasına imkan verir. Azad olunmuş ərazilərdə yeni məktəblərin, xəstəxanaların, sosial obyektlərin və istehsal müəssisələrinin tikintisi regionun iqtisadi fəallığını artırmaqla yanaşı, məşğulluğun genişlənməsinə də xidmət edir. Bunun nəticəsində Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə Azərbaycanın mühüm iqtisadi mərkəzlərindən birinə çevriləcək”.

A.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionu yalnız bərpa edilmir, eyni zamanda, yeni iqtisadi inkişaf modelinə uyğun şəkildə yenidən qurulur. Burada həyata keçirilən layihələr Azərbaycanın maliyyə imkanlarını, güclü dövlət idarəçiliyini və uzunmüddətli strateji baxışını nümayiş etdirir.

Deputatın fikrincə, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı layihələr Azərbaycanın regionda dayanıqlı sülh və əməkdaşlıq mühitinin formalaşdırılmasına verdiyi töhfənin də göstəricisidir. Yeni yolların, kommunikasiya xətlərinin və iqtisadi layihələrin reallaşdırılması region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirə bilər.

A.Hüseynov əlavə edib ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər səfəri yeni sosial və iqtisadi layihələrin başlanğıcı olmaqla yanaşı, görülən işlərin miqyasını və Azərbaycanın qarşıdakı illər üçün müəyyən etdiyi strateji hədəfləri də nümayiş etdirir. Onun sözlərinə görə, bu proses Azərbaycanın postmünaqişə dövründə regionun əsas inkişaf və sabitlik mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Əvvəlki Yazı

Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlərin əsas xəttini Azərbaycanın qurucu və yaradıcı missiyası təşkil edir

Növbəti Yazı

ATƏT-in Minsk qrupu beynəlxalq vasitəçilik institutunun ən uğursuz missiyalarından biri olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.