Amerika və İsrail qüvvələrinin zərbələri nəticəsində İranda 40 günlük hərbi əməliyyatlar zamanı təxminən 3483 nəfər ölüb. Bu yenilənmiş rəqəm Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur tərəfindən açıqlanıb.
İranın SNN televiziya kanalı onun sözlərinə istinadən bildirib ki, “Ölənlərin sayı 3483 nəfərdir”. Kermanpur əlavə edib ki, ABŞ-İsrail hücumlarında təxminən 40 min nəfər yaralanıb.
İran Səhiyyə Nazirliyi daha əvvəl 3375 itki barədə məlumat vermişdi.
