Sağçı Fransa Milli Yürüş Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen, Apelyasiya Məhkəməsi ona parlament köməkçiləri işi üzrə şərti cəza təyin etsə belə, seçkilərdə iştirak etmək niyyətindədir.
O, RTL radiosunda şərti həbs cəzası alsa, namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən “Mən mütləq namizəd olacağam” dedi.
Le Pen əlavə edib ki, “özümü müdafiə etmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə” davam edəcək. “Amma əgər ədalət sistemi mənim namizəd olmağıma və kampaniya aparmağıma mane olarsa, mən iştirak etməyəcəyəm”, – deyə siyasətçi bildirib.
İyulun 7-də Paris Apelyasiya Məhkəməsi Le Penin Avropa Parlamentinin hesabına saxta parlament köməkçilərinin işə götürülməsi işi üzrə hökmdən verdiyi apelyasiya şikayəti üzrə qərarını açıqlayacaq.
