May 14, 2026-7:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Sülh Azərbaycan və Ermənistan üçün bölgədə yeni reallıq yaradacaq

2026:05:13 - 14:13
in SİYASƏT
A A

Azərbaycan–Ermənistan sülh prosesinin qarantı əslində Azərbaycandır. Uzun müddətdir ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir, ötən il Vaşinqtonda sülh sazişinin mətni paraflanıb. Belə bir halda Avropa İttifaqına üzv bəzi ölkələrin prosesi dəstəkləmək əvəzinə, onun ləngiməsinə səbəb olan addımlar atması sülhə xidmət etmir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Perespektiv Siyasətin Texnologiyaları” İctimai Birliyinin İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov söyləyib.

R. Qonaqov qeyd edib ki, əgər sülh prosesi gedirsə, hər iki tərəf bunu ən yüksək səviyyədə bəyan edərək zəruri addımlar atırsa, o zaman Avropa missiyasının bölgədə sülh adı altında vəziyyəti gərginləşdirməkdən başqa hansısa real xidməti görünmür. Bu isə göstərir ki, Avropa strukturları heç zaman Azərbaycan və Ermənistanla səmimi və balanslı mövqe sərgiləməyiblər.

“Eyni yanaşmanı biz Ukrayna–Rusiya müharibəsində də müşahidə etdik. Orada da yanlış mövqelər nəticəsində proseslər daha da mürəkkəbləşdi. Bu baxımdan, bölgəmizdə də Azərbaycan-Ermənistan münasibətlərində Avropa missiyasının fəaliyyəti xoşməramlı təsir bağışlamır. Bu missiyanın əsas siyasi dəstəkçisi kimi Fransa çıxış edir və son illərdə aparılan sülh proseslərində Fransanın mövqeyi hamıya məlumdur”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, əgər Ermənistanda revanşist qüvvələr yenidən hakimiyyətə gələrsə və Azərbaycana qarşı yeni iddialar və təxribatlar olarsa, Azərbaycan bütün zəruri və önləyici tədbirləri görəcək.

“2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz mövqeyini birmənalı şəkildə ortaya qoydu və uzun illər davam edən işğala son verdi. Bu proses, eyni zamanda, bölgədə tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində mühüm mərhələ oldu.

Bu qələbənin miqyası və tarixi əhəmiyyəti bəziləri tərəfindən tam dərk olunmaya bilər, lakin reallıq ondan ibarətdir ki, 2020-ci il qələbəsi regionda yeni geosiyasi vəziyyət formalaşdırdı.

Yaxın zamanlarda yekunlaşdırılması planlaşdırılan sülh prosesi həm Ermənistan, həm də Azərbaycan üçün bölgədə yeni reallıq yaradacaq”, deyə politoloq əlavə edib.

Əvvəlki Yazı

Nəqliyyat-logistika infrastrukturunun inkişafı KOB-ların qlobal ticarət zəncirinə inteqrasiyasını daha da sürətləndirir

Növbəti Yazı

“PAŞA Həyat Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.