Rumıniya paytaxtında keçirilən Buxarest Doqquzluğu sammitinin iştirakçıları, o cümlədən Şimali Avropa, ABŞ və Ukraynadan olan nümayəndələr “NATO-nun şərq cinahında təhlükəsizlik və müdafiə əməkdaşlığının gücləndirilməsinə ortaq öhdəliklərini” ifadə etdilər. Bu barədə forumdan sonra qəbul edilmiş birgə bəyanatda bildirilib və mətni Rumıniya Prezident Administrasiyasının saytında yerləşdirilib.
Sənəddə Rusiyadan gələn “uzunmüddətli təhdid” barədə əsassız iddialar təkrarlanır və “NATO-nun müdafiə planlarını və silahlanma, mobillik və aktivləşdirmə məqsədlərinə, o cümlədən şərq cinahında NATO-nun boru kəməri sisteminin genişləndirilməsini tam şəkildə təmin etməyə” hazır olduqları bildirilir.
Görüş iştirakçıları Kiyevə əlavə dəstək verməyə və “Ukraynanın ən təcili müdafiə ehtiyaclarını bütün mövcud vasitələr və alətlərlə, o cümlədən NATO-nun PURL (Ukraynanın Prioritet Tələblər Siyahısı) təşəbbüsü ilə ödəməyə” hazır olduqlarını təsdiqlədilər. (Tass)
