Associated Press Dövlət Departamentinin sözçüsünə istinadən xəbər verir ki, ABŞ 2026-cı il FIFA Dünya Kubokunun oyunlarını izləmək üçün ölkəyə gələn müəyyən ölkələrdən olan əcnəbilər üçün 15.000 dollarlıq viza depozitini ləğv edəcək.
Agentlik Dövlət Katibinin Konsulluq İşləri üzrə köməkçisi Maura Namdarın sözlərini sitat gətirərək bildirib ki, “Amerika Birləşmiş Ştatları tarixin ən yaxşı və ən böyük FIFA Dünya Kubokuna ev sahibliyi etməyi səbirsizliklə gözləyir. Biz Dünya Kuboku biletlərini alan azarkeşlər üçün viza depozitindən imtina imkanları yaradırıq.”
Hazırda 50 ölkə və ərazinin vətəndaşlarından ABŞ-a turist və işgüzar giriş vizaları almaq üçün nağd pul yatırmaq tələb olunur. Rusiya isə bunlar arasında deyil. (Tass)
