Vaşinqton İrana qarşı həm diplomatik, həm də hərbi tədbirlər görməyi nəzərdən keçirir. ABŞ-ın vitse-prezidenti J.D. Vance jurnalistlərlə görüşündə bunu bildirib.
Vance İslam Respublikası ilə danışıqların gedişatını şərh edərkən bildirib ki, “Prezidentlə razıyam ki, İran nüvə silahı əldə etməməlidir. Əlbəttə ki, bunun baş verməməsi üçün çox aqressiv diplomatik proseslə məşğuluq. Prezidentin bir çox variantı var. O, dəfələrlə diplomatik variantların və hərbi variantların olduğunu deyib”.
