Çərşənbə axşamı etibarilə İran Çin gəmilərinə Tehranın müəyyən etdiyi qaydalara əsasən Hörmüz boğazından keçmək hüququ verib. Bu barədə Fars xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Çinin xarici işlər naziri Vanq Yi və Çinin İrandakı səfirinin müraciətlərindən sonra strateji tərəfdaşlığın bir hissəsi olaraq Çin gəmilərinin keçidini asanlaşdırmaq qərarı verilib. Keçid qaydaları razılaşdırıldıqdan sonra Pekinin xahişi ilə müəyyən Çin gəmilərinin Hörmüz boğazında maneəsiz üzməsinə icazə veriləcəyi barədə razılığa gəlinib. Agentliyin mənbəyi qeyd edib ki, bu mərhələ çərşənbə axşamı başlayıb. (Tass)
