ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpini bu ilin sentyabr ayında ABŞ-a səfər etməyə dəvət edib.
“Bu gözəl qəbul üçün bir daha təşəkkür edirəm, Prezident Si Cinpin. Və bu axşam sizi və xanım Penqi (Çinin birinci xanımı Pen Liyuan ) 24 sentyabrda Ağ Evdə bizi ziyarət etməyə dəvət etməkdən böyük şərəf duyuram. Və biz bu görüşü səbirsizliklə gözləyirik”, – deyə o, Xalq Yığıncaqları Zalında keçirilən təntənəli ziyafət zamanı bildirib. (Tass)
