Baş nazir Nikol Paşinyan Ermənistanın Rusiya ilə münaqişə etməyəcəyini bildirib.
“Biz Rusiya ilə münaqişə etməyəcəyik. Birincisi, ona görə ki, Rusiya ilə münaqişə bizim əhatə dairəmizdə deyil; biz təvazökar bir dövlətik. Bu, bizim vəzifəmiz deyil, məqsədimiz deyil və əhatə dairəmiz də deyil. Digər tərəfdən, Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvləri olduğumuzu unutmayın”, – deyə Paşinyan jurnalistlərlə söhbətində bildirib.
Eyni zamanda, o, rəqiblərini Ermənistanla Rusiya arasında nifaq salmağa yönəlmiş “ucuz təxribatlarda” günahlandırıb.
