Ağ Evin bal zalının rəsmi açılışı 2028-ci ildə baş tutacaq. Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
Amerika lideri Truth Social-da yazıb: “Çində bal zalı var, ABŞ-da da olmalıdır! O, vaxtından əvvəl tikilir və ABŞ-da ən yaxşı belə bina olacaq. Onun 2028-ci ildə açılması planlaşdırılır.”
2025-ci ilin dekabr ayında CBS News Milli Park Xidmətinə istinadən xəbər vermişdi ki, Şərq tərəfində yerləşən 300 milyon dollarlıq Ağ Ev bal salonunun 2028-ci ilin yayında tamamlanması planlaşdırılırdı. Yeni binada 650 nəfər yerləşə biləcək. Tikintinin Trampın prezidentlik müddətinin sonuna qədər başa çatması gözlənilir. (Tass)
