Hindistan paytaxtında keçirilən BRICS Xarici İşlər Nazirlərinin Görüşünün iştirakçıları qadınların sülh və təhlükəsizlik proseslərində tam, bərabər və mənalı iştirakının təmin edilməsinin vacibliyini təsdiqləyiblər. Bu barədə qrupun hazırkı sədri Hindistanın görüşdən sonra yaydığı bəyanatda bildirilib.
Sənəddə deyilir: “Nazirlər Qadınlar, Sülh və Təhlükəsizlik gündəliyinin tam şəkildə həyata keçirilməsinə və irəliləməsinə sadiq olduqlarını bir daha təsdiqlədilər və münaqişələrin qarşısının alınması və həlli, humanitar yardım, vasitəçilik, sülhməramlılıq, sülh quruculuğu və münaqişədən sonrakı yenidənqurma və inkişaf da daxil olmaqla, sülh və təhlükəsizlik proseslərinin bütün səviyyələrində qadınların qərar qəbuletmədə tam, bərabər, təhlükəsiz və mənalı iştirakının təmin edilməsinin vacibliyini bir daha vurğuladılar”. (Tass)
