May 15, 2026-19:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Folklor İnstitutunda mifologiya və “Dədə Qorqud”la bağlı elmi seminar

2026:05:15 - 15:07
in SOSİAL
A A

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində keçirilən növbəti elmi seminarda mifoloji düşüncə, xalq inancları, “Dədə Qorqud” dastanının fəlsəfi mahiyyəti və ritual ənənələrinin ədəbiyyatda əksi ilə bağlı məruzələr dinlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda dosent Elçin Qaliboğlu “Mif mətnlərində fobik təsəvvürlər” mövzusunda çıxış edərək folklor nümunələrində qorxu və mifoloji obrazların insan psixikasının öyrənilməsi baxımından əhəmiyyətindən danışıb. O, qədim inancların və mifoloji təsəvvürlərin uzun əsrlər boyu xalq düşüncəsində yaşadığını bildirib.

Şöbənin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova “Dədə Qorqud dastanının mifik-bədii fəlsəfəsi” mövzusunda məruzəsində dastanın çoxqatlı məna sistemi daşıdığını vurğulayıb. Bildirilib ki, dastanda əks olunan fəlsəfi düşüncə mifik dünyagörüşünün bədii ifadəsi kimi çıxış edir.

Seminarda dosent Vüsalə Nəsibova isə XX əsr sovet totalitarizm dövrü poeziyasında ritual motivlərinin eksplisit və implisit ifadə formalarından bəhs edib. Məruzədə Novruz ritual kompleksinin mifoloji ünsürlərinin Azərbaycan ədəbiyyatında müxtəlif formalarda yaşamaqda davam etdiyi qeyd olunub.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir

Növbəti Yazı

Praqanın mərkəzində Azərbaycan rəssamının sərgisi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.