May 15, 2026-20:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Revanşizm siyasəti Ermənistanı yeni risklərə sürükləyir

2026:05:15 - 15:54
in SİYASƏT
A A

Ermənistanın Rusiya ilə yanaşı, Fransanın da forpostuna çevrilmək istəyi ilə bağlı səbəblərdən birini Baş nazir Nikol Paşinyan ilyarım əvvəlki açıqlamalarından birində izah etmişdi. Bildirmişdi ki, uzun düşüncə və müzakirələrdən sonra bir deyil, bir neçə böyük dövlətdən asılılığın onlar üçün daha məqsədəuyğun olduğu qənaətinə gəlib. Paşinyan bunu, nə qədər paradoksal səslənsə də, “müstəqillik formulu” kimi təqdim edirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

“Burada onların dövlətçilik təcrübələrinin olmaması öz təsirini göstərir. Eyni zamanda, xislət məsələsi. Qonşularımız, çox təəssüf ki, nə səbəbsiz nifrətlərindən qurtula bilir, nə də uzaq keçmişdə olmayan acı təcrübələrdən düzgün nəticə çıxarırlar. Biz orada indi də məhz Fransa kimi dövlətlərə arxalanaraq necə revanşizmə hazırlaşdıqlarını və bunu sülhdən dəm vura-vura etdiklərini çox yaxşı görürük. Özü də burada aysberqə bənzəyən, yəni daha böyük hissəsi gizlədilən revanşizmdən söhbət gedir. Açıq-aşkar görünən odur ki, Fransanın gizli revanşistlərə yanaşması ilə Rusiyanın açıq revanşistlərə yanaşması arasında heç bir fərq yoxdur. Hər iki dövlətin onlardan faydalanmaq niyyətləri də eyni mahiyyətlidir”, – deyə deputat vurğulayıb.

S.Alıyevin sözlərinə görə, hayların böyük bir hissəsi bu gün Rusiyanı tənqid və təhqir edir, ümidlərini doğrultmadığını deyirlər, amma nədənsə unudurlar ki, təqribən bir əsr öncə Fransa da eyni şeyi etmişdi.

“Fransa o dövrdə, hər halda, qlobal oyunçu sayılırdı. İndi isə Ermənistan nə qədər dövlət sayılırsa, Fransa da öz prezidenti ilə birlikdə bir o qədər qlobal oyunçudur. Onun bu regionda həyata keçirdiyi siyasət təkcə Fransanın deyil, həm də üzv olduğu və bir çox hallarda adından çıxış etdiyi qurumun – Avropa İttifaqının mövqelərinə zərər vurur. Əminəm ki, avropalılar bir gün bunu Fransanın diqqətinə açıq şəkildə çatdıracaqlar, bəlkə də artıq çatdırırlar.

Ermənistana gəldikdə isə, oradakı cəmiyyətin düşünmək üçün hələ bir qədər vaxtı qalır. Qoy onlar fikirləşsinlər: onlara hansı yol daha sərfəlidir, qonşularla qarşılıqlı maraqlara əsaslanan normal əməkdaşlıq, yoxsa düşmənçilik yolu? Çünki bu ikinci yol onları hansısa qüvvələrin əlində vasitəyə çevrilmək və nəticədə yenə də ağır reallıqlarla üz-üzə qalmaq riski ilə qarşı-qarşıya qoyur”, – deyə deputat bildirib.

Əvvəlki Yazı

Azərbaycan beynəlxalq platformalarda daha ədalətli dünya nizamının formalaşdırılmasını dəstəkləyir

Növbəti Yazı

Azərbaycan Qlobal Cənub üçün yeni əməkdaşlıq modeli yaradı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.