May 15, 2026-21:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Telman Nüsrətoğlu: Makron administrasiyasının Cənubi Qafqaz siyasəti Fransa üçün strateji uğursuzluqlara yol açır

2026:05:15 - 16:19
in SİYASƏT
A A

Fransa Prezidenti Emmanuel Makron administrasiyasının son illərdə Azərbaycan, Türkiyə və ümumilikdə Cənubi Qafqaz istiqamətində həyata keçirdiyi siyasət regionda formalaşan yeni geosiyasi reallıqlarla uyğunluq təşkil etmir və nəticə etibarilə Parisin beynəlxalq nüfuzuna mənfi təsir göstərməkdə davam edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu bildirib.

Onun sözlərinə görə, hazırkı beynəlxalq sistem sürətlə dəyişir və xüsusilə Avrasiya məkanında yeni güc mərkəzləri formalaşır.

“Bu proseslər fonunda Azərbaycan və Türkiyənin regional və qlobal rolu daha da güclənir. Azərbaycan Cənubi Qafqazın əsas siyasi, iqtisadi və enerji mərkəzlərindən birinə çevrilib, Türkiyə isə həm regional təhlükəsizlik, həm də qlobal geosiyasi proseslərdə mühüm aktor kimi çıxış edir. Bu reallıq şəraitində Fransa kimi dövlətlərin regionla bağlı siyasətini qarşıdurma üzərində deyil, əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında qurması daha rasional olardı. Lakin Makron administrasiyası uzun müddət Azərbaycan və Türkiyə ilə münasibətlərdə balanslı mövqedən uzaq yanaşma nümayiş etdirib. Cənubi Qafqazda artıq tamamilə yeni siyasi və təhlükəsizlik arxitekturası formalaşıb. Bu arxitekturada Azərbaycanın yaratdığı yeni reallıqlar, eləcə də Türkiyənin regional təsir imkanları əsas rol oynayır. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra regionda tamamilə yeni status-kvo yaranıb. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa edib və bununla da regionun siyasi xəritəsini faktiki olaraq yenidən formalaşdırıb. Bu dəyişikliklər bəzi Qərb paytaxtlarında, xüsusilə Fransada hələ də tam qəbul edilmir və bu da yanlış siyasi qərarların davam etməsinə səbəb olur. Azərbaycanla bağlı birtərəfli və emosional yanaşmalar Avropanın ümumi maraqlarına da uyğun deyil. Çünki enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və logistika layihələri baxımından Bakı ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır”, – deyə Telman Nüsrətoğlu vurğulayıb.

Telman Nüsrətoğlu qeyd edib ki, Türkiyənin regional siyasətdə artan rolu nəzərə alınmadan Cənubi Qafqazda və daha geniş coğrafiyada effektiv siyasət yürütmək mümkün deyil: “Ankara artıq yalnız regional deyil, qlobal təhlükəsizlik və diplomatik proseslərin əsas aktorlarından biridir. Türkiyə ilə Azərbaycan arasında formalaşmış strateji müttəfiqlik Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biridir. Bu əməkdaşlıq enerji layihələrindən tutmuş, nəqliyyat dəhlizlərinə, müdafiə və təhlükəsizlik sahələrinə qədər geniş spektri əhatə edir. Makron administrasiyasının Ermənistanla bağlı siyasəti də regionda balansın pozulmasına gətirib çıxarır. Fransa regionda vasitəçilik rolunu gücləndirmək əvəzinə daha çox birtərəfli mövqe sərgiləyir ki, bu da diplomatik etimadı zəiflədir. Region ölkələri arasında balanslı dialoq əvəzinə tərəfkeşlik siyasəti yürütmək uzunmüddətli perspektivdə heç bir dövlət üçün fayda vermir. Əksinə, bu yanaşma Fransanın regiondakı imkanlarını məhdudlaşdırır”.

Telman Nüsrətoğlu bildirib ki, Cənubi Qafqazda davamlı sabitlik və əməkdaşlıq yalnız real geosiyasi vəziyyətin qəbul edilməsi və qarşılıqlı maraqlara əsaslanan siyasətin həyata keçirilməsi ilə mümkündür. Onun fikrincə, Fransa gələcəkdə regionda konstruktiv rol oynamaq istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətlərdə yeni yanaşma ortaya qoymalı, mövcud reallıqları qəbul etməlidir. Əks halda Parisin regiondakı təsir imkanları daha da zəifləyə bilər.

Əvvəlki Yazı

Azərbaycan Qlobal Cənub üçün yeni əməkdaşlıq modeli yaradı

Növbəti Yazı

Tramp hesab edir ki, İranın uran zənginləşdirilməsinə 20 illik fasilə kifayətdir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.