May 15, 2026-21:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Qlobal Cənub üçün yeni əməkdaşlıq modeli yaradı

2026:05:15 - 15:59
in SİYASƏT
A A

2025-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qlobal Cənub QHT Platforması (GSNP) qısa müddət ərzində sürətlə inkişaf yolu keçərək, 120-dən çox ölkədən vətəndaş cəmiyyəti institutlarını bir araya gətirən beynəlxalq şəbəkəyə çevrilib. Platforma Afrikadan Asiyaya, Latın Amerikasından Sakit okean hövzəsinə qədər geniş coğrafiyada fəaliyyət göstərən QHT-lərin beynəlxalq platformalarda daha koordinasiyalı fəaliyyət göstərmələrinə və ortaq mövqedən çıxış etmələrinə imkan yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, GSNP artıq beynəlxalq təşkilatlarda Qlobal Cənub ölkələrinin maraqlarını və ortaq yanaşmalarını ifadə etməyə çalışır, xüsusilə iqlim dəyişiklikləri, yoxsulluq, şəhərsalma, sosial bərabərsizlik, dayanıqlı inkişaf və humanitar problemlər üzrə əməkdaşlığı təşviq edən təşəbbüslərlə çıxış edir.

“Mayın 14-də Bakıda keçirilən ilk Baş Assambleya Qlobal Cənub QHT Platformasının institusional inkişafında yeni və mühüm bir addımdır. Baş Assambleya GSNP-nin fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və idarəetmə strukturlarının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdı. Toplantı çərçivəsində təşkilata 5 il müddətinə rəhbərlik edəcək Baş katib seçildi, Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi üzrə dörd regional müavin müəyyənləşdirildi, həmçinin müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış işçi qrupları formalaşdırıldı. Əlavə olaraq, Baş Assambleyada yekun bəyannamənin qəbul olunması isə təşkilatın artıq funksional beynəlxalq şəbəkəyə çevrildiyini rəsmən təsdiqlədi. Bəyannamədə vurğulanır ki, Qlobal Cənub ölkələri artıq beynəlxalq münasibətlər sistemində müşahidəçi deyil, gündəmi müəyyən edən aktorlardan birinə çevrilmək niyyətindədirlər.

Baş Assambleyanın diqqətçəkən tərəflərindən biri də GSNP-nin fəaliyyətinin BMT platformaları ilə əlaqələndirilməsidir. WUF13 çərçivəsində Qlobal Cənub QHT-lərinə ayrıca pavilyon ayrılması, vətəndaş cəmiyyəti forumunun təşkili üçün razılıq verilməsi təşkilatın beynəlxalq legitimliyinin artdığını göstərir. Bütün bunları nəzərə alaraq demək olar ki, Bakıda keçirilən Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının (GSNP) ilk Baş Assambleyası mahiyyətinə görə təkcə beynəlxalq tədbir yox, həm də yeni geosiyasi reallıqlar fonunda formalaşan qlobal vətəndaş həmrəyliyinin mühüm mərhələsidir”, – deyə M.Ələsgərli vurğulayıb.

Ekspert əlavə edib ki, Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsini təmsil edən 110-dan çox ölkənin QHT nümayəndələrini bir araya gətirən bu toplantı “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunmaqla, GSNP-ni BMT-nin proqramlarına daxil edə bildi.

Bütün bu təşəbbüslərə müəlliflik etməsi ölkəmiz üçün bir neçə mühüm istiqamətlər üzrə üstünlüklər yaradır. Azərbaycan son illərdə Qoşulmama Hərəkatına sədrliyi, COP29-a ev sahibliyi və çoxtərəfli diplomatiya təşəbbüsləri ilə Qlobal Cənub ölkələri arasında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. GSNP-nin Bakıda yaradılması da bu siyasi xəttin davamı hesab olunur. Beynəlxalq ictimaiyyət görür ki, dövlətimiz təkcə regional deyil, həm də qlobal miqyasda dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış edir. Bakı diplomatik platforma funksiyasını yerinə yetirən şəhərlərdən birinə çevrilir. Azərbaycan həm inkişaf etməkdə olan dövlətlərlə, həm də Qərb institutları ilə münasibət qura bilən nadir ölkələrdən biri kimi tanınır.

Əvvəlki Yazı

Revanşizm siyasəti Ermənistanı yeni risklərə sürükləyir

Növbəti Yazı

Telman Nüsrətoğlu: Makron administrasiyasının Cənubi Qafqaz siyasəti Fransa üçün strateji uğursuzluqlara yol açır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.