Pakistanın Tehran-Vaşinqton danışıqlarındakı vasitəçiliyi uğursuz hesab edilə bilməz; davam edir, amma irəliləyiş çətindir. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Yeni Dehlidə keçirilən mətbuat konfransında bildirib.
“Pakistanın iştirakı ilə vasitəçilik prosesi uğursuzluğa düçar olmayıb, lakin çox çətin gedir, əsasən amerikalıların davranışı və aramızda mövcud olan inamsızlıq səbəbindən”, – Əraqçi bildirib. (Tass)
