ABŞ prezidenti Donald Tramp İranın Amerika sülh təşəbbüslərinə reaksiyasını gördüyünü, lakin İran sənədindəki ilk cümləni qəbuledilməz hesab etdiyini bildirib.
“Mən ona baxdım. Əgər ilk cümlə xoşuma gəlmirsə, onu [sənədi] atıram”, – deyə o, Pekindən Alyaskaya gedən prezident təyyarəsində jurnalistlərə İranın cavabını oxuyub-oxumadığı ilə bağlı sualı cavablandırarkən bildirib.
İran sənədindəki ilk cümlənin nə olduğunu aydınlaşdırmaq istənildikdə, Tramp orada “qəbuledilməz təklif” olduğunu bildirib. (Tass)
