Fələstin HƏMAS hərəkatı özünün hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının lideri İzzəddin əl-Həddadın ölümünü təsdiqləyib. Bəyanat radikal qrupun Telegram kanalında dərc edilib.
Bəyanatda deyilir: “İzzəddin əl-Həddad İsrailin Qəzza zolağına endirdiyi hava hücumunda öldürülüb”. Hərəkat həmçinin əl-Həddadın həyat yoldaşı və qızının onunla birlikdə öldürüldüyünü iddia edir. (Tass)
