Dövlət Departamentinin veb saytında dərc olunmuş açıqlamaya görə, Ebola epidemiyası səbəbindən Amerika vətəndaşlarının Konqo Demokratik Respublikasına (KDR) və Uqandaya səyahətlərinə məhdudiyyətlər tətbiq edib.
ABŞ vətəndaşlarının yeni epidemiyanın episentri olan Konqo əyalətinin İturi şəhərinə səyahəti qəti qadağandır. Dövlət Departamenti ölkənin Konqo Demokratik Respublikasındakı səfirliyinin bu sahədə amerikalılara kömək göstərə bilməyəcəyini vurğulayıb. Departament həmçinin ABŞ vətəndaşlarına Konqo Demokratik Respublikasının digər bölgələrinə və Uqandaya lazımsız səyahətlərdən çəkinməyi tövsiyə edib və səyahət edənləri ehtiyat tədbirlərinə əməl etməyə çağırıb.
Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasını beynəlxalq fövqəladə vəziyyət elan etmişdi. (Tass)
