Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında istənilən təmas Moskva ilə Pekin arasında münasibətlərin daha da inkişafı və genişlənməsi üçün yeni impuls yaratmağa kömək edir. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Kremlin sözçüsü vurğulayıb ki, “iki dövlət başçısı arasında istənilən təmas [Rusiya və Çin arasında] münasibətlərin daha da inkişafı və genişlənməsi üçün yeni, əlavə təkan verəcək”. (Tass)
