Ukraynada sülh prosesi hazırda dayandırılıb, lakin Moskva onun bərpa olunmasına ümid edir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Sülh prosesi hazırda dayandırılıb. Ümid edirik ki, nəticədə yenidən başlayacaq”, – deyə o bildirib.
