Qubada “Dini təhlükəsizlik müstəvisində xarici təsirlər və profilaktik tədbirlər” mövzusunda regional konfrans təşkil olunub.
“Report”un Şimal bürosunun məlumatına görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxışları dinləniləcək, müzakirələr aparılacaq.
