May 22, 2026-23:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal diplomatik mərkəz kimi rolunun növbəti təsdiqidir

2026:05:19 - 11:51
in SİYASƏT
A A

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan üçün miqyası tam qiymətləndirilməsi çətin olan mühüm nailiyyətlər əldə olunub. Bu gün söhbət yalnız Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq səviyyədə tanınmasından və nüfuz qazanmasından getmir. Ölkəmiz artıq qlobal diplomatik proseslərin, strateji qərarların qəbul edildiyi beynəlxalq platformaların və mühüm transmilli layihələrin ayrılmaz, aparıcı iştirakçısına çevrilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

O bildirib ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi ölkəmizdə mövcud olan sabitliyin və təhlükəsiz mühitin növbəti göstəricisidir. Dünyada mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə Bakı müxtəlif ölkələri və xalqları bir araya gətirən etibarlı əməkdaşlıq və dialoq platforması kimi ön plana çıxır. Bu gün Bakı dünyanın mühüm diplomatik mərkəzlərindən biri hesab olunur. Məhz buna görə də belə böyük beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu, ardıcıl şəkildə həyata keçirilən strateji siyasi kursun nəticəsidir. WUF13-ün Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun və Bakının qlobal diplomatik mərkəz kimi rolunun növbəti təsdiqidir.

“WUF13-ün Azərbaycanda keçirilməsi, xüsusilə Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndləri XXI əsrin ən müasir texnologiyaları, “smart city” və dayanıqlı inkişaf prinsipləri əsasında yenidən qurur. Bu, dünya miqyasında nadir və unikal təcrübə hesab oluna bilər”, – deyə N.Arpadarai vurğulayıb.

Deputat əlavə edib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində mənzil siyasəti, dayanıqlı şəhərlər, urbanizasiya və iqlim dayanıqlılığı ilə bağlı beynəlxalq təcrübə mübadiləsi aparılacaq. Bu isə həm Azərbaycanın yeni yanaşmalar və həllərlə tanış olması, həm də beynəlxalq ictimaiyyətin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa modelini yaxından müşahidə etməsi üçün mühüm imkan yaradacaq.

Əvvəlki Yazı

Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq

Növbəti Yazı

WUF13 qlobal urbanizasiya problemlərinin həlli baxımından mühüm platformadır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.