May 21, 2026-0:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Universitetinin növbəti layihəsi uğurla başa çatıb

2026:05:19 - 13:51
in SOSİAL
A A

Azərbaycan Universitetində Təlim-Tədris Mərkəzinin Keyfiyyət təminatı şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Learn2Share” layihəsinin final tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.

Tədbirin açılışında Təlim-Tədris Mərkəzinin müdiri Samir Salayev çıxış edərək layihə haqqında məlumat verib. Samir Salayev qeyd edib ki, layihədə iştirak edən tələbələr müsahibə yolu ilə seçiliblər. Onlar aprel-may ayları ərzində “Problemi seçmə və problemi araşdırmaq yolları”, “Problemin aktuallığını və təklifləri vizuallaşdırmaq yolları”, “Təsirli nitq – natiqlik vasitəsilə mesaj çatdırmaq” mövzusunda təlimlərdə iştirak ediblər. Bu gün isə layihə iştirakçıları əldə etdikləri bilik və bacarıqları tətbiq edərək öz ideyalarını təqdim edir, aktual problemlərin həlli istiqamətində təkliflərini bölüşürlər.

Sonra “Learn2Share” layihəsi çərçivəsində təlimlərdə iştirak etmiş 19 tələbə auditoriya qarşısında aktual mövzular üzrə çıxış edib, təqdimat və natiqlik bacarıqlarını nümayiş etdiriblər. Təqdimatlar tələbələrin şəxsi inkişaf və ictimai çıxış sahəsində əldə etdikləri təcrübə və özünüifadə bacarıqlarını uğurla əks etdirib.

Təqdimatlardan sonra universitetin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva çıxış edərək Təlim-Tədris Mərkəzi tərəfindən universitetin prioritetlərinə uyğun təlimlər təşkil olunduğunu qeyd edib. Rektor həm mərkəzin fəaliyyətini, həm də “Learn2Share” layihəsində iştirak edən tələbələrin təqdimatlarını yüksək qiymətləndirdiyini bildirib. Həmçinin tələbələrin təşəbbüskarlıq və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsinin universitet üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Layihənin gələcəkdə daha geniş auditoriyanı əhatə edəcəyinə və yeni təşəbbüslərin formalaşmasına töhfə verəcəyinə inandığını ifadə edib.

Sonra tələbələrə iştirakçı sertifikatları təqdim edilib.

Qeyd edək ki, “Learn2Share” layihəsinin məqsədi tələbələrdə problem araşdırma, vizuallaşdırma və geniş auditoriya qarşısında effektiv təqdim etmək bacarıqlarının formalaşdırılmasıdır. Layihənin final tədbirində Təlim-Tədris Mərkəzinin Keyfiyyət təminatı şöbəsi ilə birlikdə həyata keçirdiyi “Tədrisin təşkili və tütor fəaliyyəti” mövzusunda təlim kursunu uğurla başa vuran akademik məsləhətçilərə də müvafiq sertifikatlar təqdim olunub.

Əvvəlki Yazı

KTMT-nin baş katibi təşkilatın heç bir ölkə üçün təhlükə yaratmadığını bildirib

Növbəti Yazı

UN-Habitatın xoşməramlı səfirinə Azərbaycanda şəhid ailələrinin xanımlarına göstərilən dəstək barədə məlumat verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.