May 20, 2026-18:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun xarici tələbələri muzeyləri ziyarət ediblər

2026:05:19 - 14:50
in SOSİAL
A A

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə elan edilmiş “Açıq qapı” günü çərçivəsində Bakı Dövlət Universitetində (BDU) təhsil alan bir qrup xarici tələbə üçün maarifləndirici və mədəni ekskursiya təşkil olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi tələbələri Azərbaycanın zəngin mədəni irsi, milli dəyərləri və incəsənəti ilə daha yaxından tanış etməkdən ibarət olub.

Ekskursiya zamanı iştirakçılar Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət ediblər. Muzeylərin əməkdaşları tələbələrə eksponatlar, Azərbaycan xalçaçılıq sənətinin tarixi, milli ornamentlər, eləcə də ölkənin təsviri və dekorativ-tətbiqi incəsənət nümunələri barədə geniş məlumat veriblər.

Azərbaycan Milli İncəsənət Muzeyində tələbələr Azərbaycan və dünya rəssamlarının əsərləri, qədim heykəltəraşlıq nümunələri, klassik və müasir incəsənət kolleksiyaları ilə tanış olublar. Muzeydə nümayiş etdirilən rəsm və sənət nümunələri xarici tələbələrin böyük marağına səbəb olub. Onlara Azərbaycanın zəngin mədəniyyətinin formalaşmasında incəsənətin tarixi və müasir rolu haqqında da məlumat verilib.

Tələbələr Azərbaycan mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatları maraqla izləyib, milli irsin qorunması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndiriblər. Ekskursiya çərçivəsində onlar qədim xalçalar, milli ornamentlər, rəsm əsərləri və dekorativ sənət nümunələrini yaxından görmək imkanı əldə ediblər.

Bu kimi mədəni tədbirlər xarici tələbələrin Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri haqqında biliklərinin artırılmasında, ölkənin sosial və mədəni mühitinə adaptasiyasında mühüm rol oynayır.

Əvvəlki Yazı

Bakıdan dünyaya verilən mesaj: Tarixlə birlikdə gələcəyə addımlayan Azərbaycan

Növbəti Yazı

Dövlət Komitəsinin sədri: Dini etiqad azadlığı heç bir halda milli təhlükəsizliyi zədələyən amilə çevrilməməlidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.