May 20, 2026-9:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Deputat: Bizim üçün əsas məsələ dayanıqlı iqtisadi artımı təmin edən sabitlik və güclü qeyri-neft iqtisadiyyatıdır

2026:05:19 - 16:57
in İQTİSADİYYAT
A A

Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində çıxışında bir çox mühüm məsələlərə toxundu. Dövlət başçısı Yaxın Şərqdə baş verən hadisələrin müəyyən dərəcədə hər kəsə təsir etdiyini də vurğuladı.

“Bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər. Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir. Beləliklə, bu, hər kəsə təsir edir”, – deyə Prezident bildirdi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərli APA-ya açıqlamasında qeyd edib ki, bu gün iqtisadi proseslər artıq qloballaşıb. Ona görə də hər hansı regionda baş verən gərginliyin təsiri təkcə həmin bölgə ilə məhdudlaşmır: “Neftin qiymətinin artması müəyyən əlavə gəlir yarada bilər. Lakin eyni zamanda qeyri-sabitlik beynəlxalq ticarətə, investisiyalara, maliyyə bazarlarına və iqtisadi artıma mənfi təsir göstərir. Buna görə də məsələni yalnız neftin qiyməti ilə qiymətləndirmək düzgün olmaz. Əsas məsələ sabitlikdir”.

Müşfiq Cəfərov qeyd edib ki, sabitlik olduqda həm investisiyalar artır, həm iqtisadi inkişaf sürətlənir, həm də ölkələr uzunmüddətli planlarını daha effektiv həyata keçirə bilirlər.

“Xüsusilə iqtisadiyyatını şaxələndirən ölkələr üçün sabitlik daha böyük əhəmiyyət daşıyır. Çünki qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların cəlbi, beynəlxalq nəqliyyat-logistika layihələrinin genişlənməsi, turizmin və xidmət sektorunun böyüməsi ilk növbədə sabit və proqnozlaşdırıla bilən mühit tələb edir. Azərbaycan da son illərdə məhz bu istiqamətdə irəliləyir. Belə ki, qeyri-neft-qaz sektorunun ÜDM-də payı 71,5 faizə yüksəlib. Bu gün artıq iqtisadiyyatın böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Bu yanaşma investisiya siyasətində də özünü göstərir. 2025-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların təxminən 75 faizi məhz qeyri-neft-qaz sektoruna yönəlib. Bu da onu göstərir ki, Azərbaycanın strateji xətti iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yaşıl enerji, nəqliyyat-logistika imkanları və yeni texnologiyalara əsaslanan inkişaf modelidir.

Bu baxımdan bizim üçün əsas məsələ yüksək neft qiymətlərindən daha çox, dayanıqlı iqtisadi artımı təmin edən sabitlik və güclü qeyri-neft iqtisadiyyatıdır”, – deyə o vurğulayıb.

Əvvəlki Yazı

Nazir müavini: Şəhərsalma fəaliyyətinin hər bir mərhələsində onun ətraf mühitə təsiri izlənilir

Növbəti Yazı

Aygün Əliyeva: Son illərdə Azərbaycan vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin formalaşdığı məkana çevrilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.