May 20, 2026-9:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Tanınmış bəstəkar Firəngiz Əlizadənin musiqisi müxtəlif qitələrdə səslənir

2026:05:19 - 17:23
in MƏDƏNİYYƏT
A A

Türk musiqiçilərindən ibarət “LAGOM” kvarteti müasir bəstəkarların əsərləri ilə Avropanın müxtəlif şəhərlərində böyük uğurla çıxış edirlər.

AZƏRTAC xəbər verir ki, təqdim olunan əsərlər sırasında Azərbaycanın xalq artisti, tanınmış bəstəkar Firəngiz Əlizadənin musiqisi xüsusi yer tutur.

Artıq Fransanın Paris, Belfort şəhərlərində konsertlər baş tutub, həmçinin Niderlandın bir neçə şəhərində də Amsterdam, Rotterdam, Utrecht konsertlər keçirilməyə başlanıb.

Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Muğam sayağı”, “Rəqs”, “Oasis” əsərləri “LAGOM” kvartetinin ifasında səslənir və bu əsərlər Avropa dinləyicilərinin daim böyük marağına səbəb olur.

Həmçinin Kaliforniyanın şəhərlərində Los-Angeles, Sacramento, San Jose, San Diego, Beverly Hills 12 parlaq musiqiçidən ibarət Amerikanın “CAMARADA” ansamblının qastrol səfərləri başa çatıb. Onlar müasir musiqinin iki görkəmli nümayəndəsinin üslubunu birləşdirən “Philip Glass – Franghiz Ali-Zadeh” adlı olduqca maraqlı proqram təqdim ediblər. Konsert proqramında Firəngiz Əlizadənin müxtəlif alətlərin tərkibləri üçün yazılmış bir sıra əsərləri – “Oyan!” (Parisdə keçirilən VIII beynəlxalq violonçel müsabiqəsi üçün sifariş olunmuş əsər), “Rəqs”, “Atəş”, eləcə də heç vaxt aktuallığını itirməyən “Muğam sayağı” səsləndirilib. Bu əsərin Amerikanın “KRONOS” kvartetinin ifasında səsyazısı vaxtilə “Grammy Awards” mükafatına layiq görülmüşdür.

Əvvəlki Yazı

Heydər Məmmədov: Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasına dəstəyi davam edəcək

Növbəti Yazı

İşğaldan azad olunan ərazilərin bərpasında Prezident İlham Əliyevin xüsusi yanaşmasını görürük- RƏY

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.