İyun 21, 2025-16:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

“Yaradıcı həftə” çərçivəsində keçiriləcək tədbirlər açıqlanıb

2023:11:24 - 17:32
in GÜNDƏM
A A

Bu gün Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Muğam Mərkəzində “Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, həmçinin YARAT-ın nümayəndəsi Fərəh Ələkbərli jurnalistləri maraqlandıran mövzular, o cümlədən “Yaradıcı həftə” çərçivəsində həyata keçiriləcək layihə və tədbirlər barədə məlumat verilib ətrafında məlumat veriblər.

Qeyd olunub ki, həftədə müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birlikləri iştirak edəcək.

Bildirilib ki, “Yaradıcı həftə” çərçivəsində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu, Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi, “Yaradıcı müzakirələr” (“Creative Talks”), Musiqi Sənayesi Platforması (bu çərçivədə “Eurovision Talks”) təşkil ediləcək, “GƏL, YARAT! Yaradıcılıq üzrə Marafon, Türk Dünyası Yumor Festivalı, “CINEMO” Mobil Film Festivalının açılışı baş tutacaq, “Disney” studiyasının 100 illiyi qeyd olunacaq, eləcə də milli filmlərin ali məktəblərdə nümayişləri, hakatonlar, təlimlər, türk dünyasının elektronik musiqi gecəsi, moda tədbirləri, təqdimat və digər tədbirlər keçiriləcək.

Həmçinin əlavə olub ki, “Yaradıcı həftə” paytaxtla yanaşı, bölgələri də əhatə edəcək. “Creative Talks” layihəsi çərçivəsində 10 yaradıcı klaster üzrə 10 bölgədə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa) ümumilikdə 100 tədbir keçiriləcək.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Əvvəlki Yazı

Kəmaləddin Heydərov Qubada vətəndaşları qəbul edib

Növbəti Yazı

“Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçıları Kəngərlidə olub – YENİLƏNİB

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.