Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin yeni mərhələyə qədəm qoyan Rusiya-Çin münasibətlərinin inkişafı ilə bağlı mühüm bir razılığa gəliblər. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qoo Ciakun bildirib.
O, brifinqdə bildirib ki, “Rusiya Prezidenti Putinin Çinə səfəri zamanı Prezident Si Cinpin onunla dərin, dostcasına və səmərəli danışıqlar aparıb. İki dövlət başçısı yeni dövrdə Çin-Rusiya münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq kimi inkişaf etdirilməsi ilə bağlı yeni və vacib bir konsensusa gəliblər. İki dövlət başçısının ortaq strateji rəhbərliyi altında Çin və Rusiya arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub”.
