May 22, 2026-23:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi “Urban Expo” sərgisində yeni proqramlar təşkil edib

2026:05:21 - 11:50
in SOSİAL
A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin WUF13 “Urban Expo” sərgisindəki pavilyonu forum günlərində fərqli mədəniyyətlərin və inklüziv dəyərlərin qovuşduğu məkana çevrilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəz tərəfindən yerli və xarici ziyarətçilər üçün inklüziv mühiti və yaradıcılığı tərənnüm edən müxtəlif proqramlar təşkil olunub.

Təsviri incəsənət istiqaməti üzrə master-klasda yerli və xarici qonaqlar təlimçilərin köməyi ilə ölkəmizin müxtəlif tarixi-memarlıq abidələrinin eskizlərini çəkiblər. Sərgi iştirakçıları həm öz bacarıqlarını göstərib, həm də Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanışlıq fürsəti qazanıblar.

Pavilyonda Mərkəzdə təlimlərə cəlb olunmuş həssas kateqoriyalara aid şəxslərin ərsəyə gətirdikləri əl işlərindən ibarət sərgi nümayiş etdirilir.

Ziyarətçilərə Mərkəz və filiallarının fəaliyyət istiqamətləri, fərdi yanaşma üsulu, həssas qrupların cəmiyyətə inteqrasiyası və sosial-psixoloji dəstək xidmətləri ilə bağlı görülən işlər barədə məlumat verilir, maarifləndirici bukletlər paylanılır.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin pavilyonu beynəlxalq platformada inklüziv cəmiyyət modeli və yaradıcı potensialın dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Əvvəlki Yazı

Cəbrayıl rayonuna növbəti köç karvanı yola salınıb 

Növbəti Yazı

CNN: İsrail İrana qarşı yeni əməliyyata hazırlaşır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.